Azərbaycan üçün avrokuboklarda 21-ci mövsüm başa çatıb. 2016/17 mövsümü ilk dəfə ardıcıl 2-ci mövsüm 2 təmsilçimizin qrupda çıxış etməsi ilə tarixə düşüb. Ancaq bu dəfə də "Qarabağ”la "Qəbələ”dən heç biri 1/16 finala çıxa bilmədiyindən, ilkə imza ata bilmədik.
"Qəbələ” ötən mövsümdə olduğu kimi, mübarziəyə ilk təsnifat mərhələsindən başlayaraq qrupa düşüb. "Qarabağ” isə ənənəni pozmayb – mübarizəni Çempionlar Liqasında (ÇL) başlayaraq orda çıxışını dayandırdıqdan sonra Avropa Liqasına yollanıb və qrupa vəsiqə qazanıb. Ağdam klubu ən çox - ardıcıl 3 mövsüm bu mərhələdə iştirak edən təmsilçimiz kimi rekordçudur.
Bu mövsüm klublarımız avrokuboklarda 34 oyun keçiriblər. Ən çox matç "Qəbələ”nin hesabındadır – 14. "Qarabağ” 12, "Kəpəz”lə "Neftçi” hərəyə 4 qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası digər 3 təmsilçimizdən fərqli olaraq 1 yox, 2 turnirdə - həm ÇL-də, həm də Avropa Liqasında çıxış edib.
"Kəpəz”lə "Neftçi” mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıblar. Onlar hərəyə 1 qələbə qazanaraq buna evdə yox, səfərdə nail olublar. "Ağ-qaralar” Maltada "Baltsan"a 2:0, Gəncə təmsilçisi Moldovada "Daçiya”ya 1:0 hesabı ilə qalib gəlib. "Neftçi” ilə "Kəpəz” qalan 3 oyundan 1-də heç-heçə edərək 2-də uduzub. Bakı klubunda topıların fərqi 3-3, Gəncə komandasında 1-3-dür. Şahin Diniyevin yetirmələri evdə qol vura bilməməyi ilə diqqət çəkib. "Kəpəz”lə bağlı digər məqamlar Avropa Liqasında adlanan yarışda debütü, 15 ildən sonra avrokuboka qayıdışıdır.
"Qəbələ” 14 oyundan 5-də qalib gəlib, 1-də bərabərliyə qalıb və 8-də məğlub olub. Bunlardan 6-sı qrup matçları olub. "Qırmızı-qaralar” rəqib qapılardan 20 top keçirib və 21 qol buraxıb. Roman Qriqorçukun komandası qrupda bütün matçlarını uduzsa da, debüt etdiyi ötən mövsümlə müqayisədə daha yaxşı göstəriciyə imza atıb. Bu, qələbə (əvvəlki 3), qol sayında (əvvəlki 11) və topların fərqində (əvvəlki 11-18) olub. Düzdür, "Qəbələ” bu dəfə meydanı daha çox (əvvəlki 8) məğlub tərk edib.
"Qarabağ”ın isə 12 oyunda qələbə, heç-heçə və məğlubiyyət sayı bərabərdir – hərəsində 4. Ağdam klubu ötən mövsümdə də meydanı 4 dəfə qalib tərk etmişdi. Ancaq heç-heçə indikindən az (3), məğlubiyyət çox (5) olmuşdu. Qurban Qurbanovun komandasında topların fərqi indi 14-15 olubsa, keçən mövsüm 9-9 idi.
Beləliklə, Azərbaycan bu mövsüm avrokuboklarda 34 oyundan 11-də qalib gəlib, 7-də heç-heçə edib, 16-da uduzub (topların fərqi 38-41). Göründüyü kimi, göstəricilərdə mənfi saldoya malik olmuşuq.
Başa çatan avrokubok mövsümündə bombardirimiz "Qəbələ"də debüt mövsümünü keçirən Teo Uiks olub. Liberiyalı yarımmüdafiəçi 5 dəfə fərqlənib. Özü də Uiks bunlardan 4-nü bir rəqibə - I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sına vurub. O, daha bir qola II təsnifat mərhələsində Macarıstan MKT-sini evdə 2:0 hesabı ilə məğlub etdiyimiz cavab matçında imza atıb.
Teo eyni zamanda yeganə het-trikin müəllifidir - "Samtredia"ya evdə 5:1. "Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo ("Maribor”a evdə 3:1) ilə Riçard Almeyda ("Düdelanj”a evdə 2:0) dubl müəllifi olublar. Dabo ilə yanaşı, komanda yoldaşları – xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə millimizin hücumçusu Ruslan Qurbanov hərəyə 3 dəfə fərqlənməklə bombardirinin ən yaxın izləyiciləri olublar. Sadəcə, Ruslan qollardan 2-ni "Qəbələ”də, 1-ni "Neftçi”də vurub.
"Qarabağ”da avrokuboklarda başa çatan mövsümdə ən çox qol vuranlar 6 nəfər olub. Almeyda ilə yanaşı, Muarem Muarem, Migel Madera, Dani Kintana, Rəşad Sadıqov və Reynaldo Silva hərəyə 2 qol vurub. Dino Ndlovu ilə Rahid Əmirquliyev hərəyə 1 dəfə fərqlənib. "Kəpəz"in yeganə qoluna braziliyalı yarımmüdafiəçisi Dario Federiko imza atıb. "Neftçi"dən isə Ruslanla yanaşı, Rəhman Hacıyev və braziliyalı müdafiəçi Jayro Rodriges fərqlənib (sportnet.az).
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi