"Borussiya"dan Obameyanq açıqlaması

"Borussiya"dan Obameyanq açıqlaması
DÜNYA FUTBOLU 10 Dekabr 2016 / 10:11 4383
-  A +

"Borussiya"nın idman direktoru Hans-Yoahim Vatske "Real"ın prezidenti Florentino Pereslə futbolçusu Pyer-Emerik Obameyanqın transferi barədə danışdıqları iddialarına münasibət bildirib.

Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib. Klub rəsmisi bildirib ki, Çempionlar Liqasında "Real" - " Borussiya" görüşündən sonra Pereslə görüşüb:

"Biz oyun zamanı da stadionda birlikdə idik. Ancaq bu görüşdə transfer müzakirəsi olmayıb".


Son xəbərlər
topaz banner