"Çelsi" bütün mükafatları qazandı

"Çelsi" bütün mükafatları qazandı
DÜNYA FUTBOLU 9 Dekabr 2016 / 22:17 4668
-  A +

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşıları müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Çelsi"nin hücumçusu Dieqo Kosta ötən ayın ən yaxşı oyunçusu seçilib. O, noyabrda 3 oyuna 2 qol vurub, 2 qolun ötürməsini verib.

Ötən ayın ən yaxşı baş məşqçisi adına isə "Çelsi"nin çalışdırıcısı Antonio Konte layiq görülüb. Onun komandası noyabrda ardıcıl 4 oyunda qalib gəlib.

"Çelsi"nin daha bir futbolçusu - Pedro Rodries ötən ayın yaxşı qolunun müəllifi olub.


Son xəbərlər
topaz banner