“Dünən hamımız gözlədik ki, “Qarabağ” qalib gələcək və Avropaya gedəcəyik, alnmadı. İndi baxıram ki, hamı sosial şəbəkələrdə “Qarabağ”ı qınayır”.
Bunu Qol.az-a açıqlamasında Millət vəkili Aqil Abbas “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasında mübarizəni dayandırmasına münasibət bildirərəkən deyib.
O bildirib ki, komandalarımızı qınamaq yox, onlara dəstək olmaq lazımdır: “Qardaş, bizim Avroliqanın qrup mərhələsində oynamağımız çox böyük uğurdur. Ancaq biz istəyirik ki, birdən-birə “Bavariya”, “Barselona”, “Real” olaq.
Bu məğlubiyyətə görə, kimsə “Qarabağ” və “Qəbələ”ni qınayanda əsəbləşirəm. Artıq futbolumuzda bizi sevindirən amillər var. Düzdür, “Qarabağ”ın oyununda müyyən çatımazlıqlar gördük. Məncə, Rəşad Sadıqov zədəli halda meydana çıxmalı deyildi. Muarem deyəsən, rəqib tərəfdən oynayırdı. Həmişə topu özündə çox saxlayan futbolçuya deyirəm ki, bala, axşam topu evinizə aparacaqsan? Həmin futbolçuların hərəsinə bir top vermək lazımdır. Fikirləşsinlər ki, evdə topu var. Çox sevdiyim Vaqif Cavadov topu lazımsız yerə özündə çox saxlamasaydı, böyük futbolçu olardı. Dünən Muarem və “Qarabağ”ın bəzi futbolçuları da topu çox saxladı, ötürmə vermədi. Lazımsız yerdə top itkisi qapımıza ikinci qolun vurulması ilə nəticələndi.
Gəlin, hər iki komandamızı sevək. Birdən-birə “Bavariya”, “Barselona” ola bilmərik. Onlar yüz illərin komandasıdır. Bizim təcrübəmiz o qədər deyil axı.
Mən də çox pis olmuşam. Bir Allah bilir ki, dünən mən hansı həyəcanı, əsəbləri keçirdim. İlk dəfə Qurban Qurbanovu qınadım. Rəşad Sadıqovu oynatmamalı idi. Bir də Maksim Medvedyevi qınadım. Sən bilirsən ki, “Qarabağ”ı hansı oyun gözləyir. Niyə “Slovan”la oyunda sarı vərəqə alırsan? Maksim meydanda olsa, “Qarabağ” qalib gələrdi. Mən buna inanıram. Onsuz da “Slovan”a uduzurduq. Maksim lazımsız yerə sarı vərəqə aldı. Mən Maksimi bir futbolçu kimi çox sevirəm. Ancaq qarşıma çıxsa, iradlarımı bildirərəm.
Sonda demək istəyirəm ki, komandalarımızın üstünə getməsinlər. Əgər bunlar ora qədər gediblərsə, deməli, növbəti illərdə bu uğurun ardı gələcək. Düşünsünlər ki, Avropada az təcrübəsi olan “Qarabağ” və “Qəbələ” İtaliya, Almaniya klubları ilə oynayır”.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi