"Qarabağ"ın baş direktoru Emrah Çelikel Avropa Liqasının qrup mərhələsində İtaliya "Fiorentina"sına 1:2 hesabı ilə uduzduqları VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında fikirlərinizi bölüşərdiniz...
- Maraqlı oyun oldu. Hamımız çox istəyirdik ki, qələbə qazanaq. Hava şəraitinə baxmayaraq, azarkeşlər çox möhtəşəm dəstək verdilər. Tribunalarda çox gözəl ab-hava var idi. Vurduğumuz qoldan sonra nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı. Hamımız üzgünük.
- Düşünmürsünüz ki, qrupdan çıxa bilməməyinizdə transferlərin olmaması və zədəli oyunçuların yoxluğu ilə əlaqədar ehtiyat qüvvənin kifayət etməməsi də rol oynadı?
- İki oyunçumuz cəzalı idi. Buna baxmayaraq, oyunçu sarıdan hər hansı problem yaşamadıq. İstədiyimiz transferlərin əksəriyyətini həyata keçirmişik.
- "Fiorentina” ilə görüşdə Mahir Mədətov kimi gənc futbolçunun meydana daxil olmasını necə dəyərləndirərdiniz?
- Məncə, bu, həm Mahirin özü, həm də Azərbaycan futbolu üçün böyük şansdır ki, belə bir təcrübə qazandı. İnanıram ki, daha da yaxşı oyunçu olacaq.
- Azərbaycan futbolunda legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçu transfer edərdiniz?
- Məncə, indi transferin yeri deyil. Bu gün hamımız çox məyus və üzgünük. Transfer sarıdan hər hansı sıxıntımız olmayıb. Əsa məsələ bu, yox, məğlubiyyətimizdir və hazırda bu haqda düşünürük.
- Ardıcıl üçüncü mövsümdür ki, "Qarabağ" həlledici məqamda büdrəyir. Sizcə, bunun səbəbi nədədir?
- Əlbəttə, müəyyən qədər təcrübə çatışmazlığı da var. Şanssızlıq da oldu. V turda "Slovan"a 0:3 hesabı ilə uduzmağımız işimizi çətinə saldı.
- Bəlkə bir az da arxayınçılıq oldu? Sona iki tur qalmışadək hər şey bizim xeyrimizə idi...
- Yox, arxayınçılıq deməzdim. Çünki komandadakı ab-hava buna imkan vermir. Baş məşqçimiz bununla bağlı futbolçuları çox ciddi kökləyir. Arxayınlıq yox, təcrübə çatışmazlığı, şanssızlıq kimi səbəblər oldu. Üçüncü dəfə buradək gəlib geri dönməyin üzüntüsünü hamıdan çox özümüz yaşayırıq.
- "Qarabağ”ın iki dəfə qalib gəldiyi PAOK-un qrupdan çıxması ədalətsizlik deyil?
- Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da gedib "Fiorentina”nı uddu. Oradakı nəticə fərqli olsaydı, biz də heç-heçə etsəydik, qrupdan çıxacaqdıq (sportnet.az).
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi