"Qarabağ"ın kapitanı Rəşad Sadıqov İtaliya "Fiorentina"sı ilə Avropa Liqasının qrup mərhələsinin son tur matçından sonra brifinq keçirib. 34 yaşlı müdafiəçi əvvəlcə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışıb...
-Belə oyunlardan sonra danışmaq çətindir. Ümumilikdə, uşaqlar əllərindən gələni etdilər. Sonadək vuruşduq, mübarizə apardıq. Təəssüf ki, qapımıza nə gəldisə, qol oldu. Belə oyunlarda bu cür qollar buraxmaq bağışlanmazdır. 60-cı dəqiqədə buraxdığımız qolda rəqibin zərbə vurmasına özümüz şərait yaratdıq. Bunadək "Fiorentina"nın başqa hücumu olmamışdı. Bir qədər sonra bərabərlik qolunu vurduq. Bununla da üstünlük bizim tərəfə keçməli idi. Amma yenə də heç nədən qol buraxdıq. Belə...
- İkinci qol epizodunda top sizin ayağınıza dəyib meydanı tərk etmişdi?
- Əsla məndən çıxmamışdı. Top ümumiyyətlə, ayağıma dəyməmişdi. Əksinə, Federiko Bernardeski topu düzəltmək istəyirdi. Bu zaman top onun ayağından meydanı tərk etdi. Hakim isə bizim əleyhimizə künc zərbəsini göstərdi. Nə isə... Hakimlik haqda danışmaq istəmirəm.
- İlk qol epizodunda qapıçı İbrahim Şehiç komandasını xilas etməli idi, yoxsa...
- O qolda hər birimizin səhvi var idi. Gərək o zonadan zərbə vurmağa da imkan verməyəydik. Zərbə olubsa belə, qarşısını almaq lazım idi. Hamımız birgə udub-uduzmuşuq. Buraxılan qolda və ya fərqlənə bilmədiyimiz epizodlarda kiminsə adını çəkmək istəmirəm. Bu gün məğlub olduq. Amma digər tərəfdən, bu mövsüm Avroliqada qapımıza nə gəlirdisə, qol olurdu. Əvvəlki turda yadıma gəlmir ki, "Slovan"ın 4-cü qolu da vurmaq imkanı oldu, amma fərqlənə bilmədi. Yaxud elə Çexiya təmsilçisi ilə Bakıdakı görüşdə qapımıza hər iki zərbə qolla nəticələndi. Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" Bakıda cəmi bir qol imkanı yaratdı, o da qol oldu. Hansı zərbə olursa, qolla nəticələnir. Elə olmur ki, rəqibin imkanı yaransın, amma yararlana bilməsin. Biz də deyək ki, yaratdıqları imkanlardan istifadə etməyi bacarmadılar, əvəzində biz heç nədən qol vurduq. Bilmirəm, bu, qismətdir, yoxsa nəyisə düz etmirik. Nəticə çıxarmaq lazımdır.
- Zədəniz nə yerdədir?
- Hazırda bu haqda çox danışmaq istəmirəm. İli başa vururuq.
- Bir epizodda rəqib futbolçu Matias Veçino ilə mübahisəniz oldu...
- Ürəyimdə bir kəlmə var idi. Bunu ona dedim. Sadəcə, həmin sözü burada açıqlamaq istəmirəm. Təkcə ona yox, 3-4 nəfərə dedim.
- Başa düşdülər?
- Bəli.
- Yəni, xarici dildə dediniz?
- Belə də... Hər halda fikrimi ona çatdırdım.
Mənbə: sportnet.az
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi