"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Fioretina" ilə oyundan (1:2) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə görüş haqda fikirlərini bildirib.
- Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə “sağ ol” deyirəm.“Məğlub olsaq da, qalib gəlmək üçün çalışdıq. “Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. "Fiorentina"ya da uğurlar arzu edirəm. Bu komandanın oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəm.
- Ardıcıl 3-cü dəfədir ki, qrupda çıxış edirik, amma növbəti mərhələyə yüksələ bilmirik. Düşünmürsünüz ki, artıq rəhbərliklə danışıb daha səviyyəli futbolçular transfer etmək lazımdır?
- Ümumi olaraq o səviyyəyə çatmaq üçün ilk olaraq çempionatımızın səviyyəsini qaldırmalıyıq. Bir komanda ilə iş düzəlmir. Bütün komandaların gücü eyni olmalıdır. Bir məqamı qeyd edim. Ümumiyyətlə ölkə olaraq gəncik. Futbolda da beləyik. Amma İtaliya və digər Avropa ölkələrinin 100 illərlə təcrübəsi var. Biz nə qədər yaxşı transfer etsək də, ondan daha yaxşılarını Avropa klubları edir. Belə də oyunçularımdan razı qaldım. Belə oyunların sayı çox olsa, onların həm təcrübəsi, həm də bacarığı çox olacaq. Əlimizdəki oyunçularla keyfiyyətli oyun qurmağa çalışırıq. Görünür hardasa səhv etmişik.
- Bu oyun Rəşad Sadıqov üçün Avropa arenasında son oyun ola bilər?
- Niyə elə düşünürsünüz? Mənə elə gəlmir.
- "Qarabağ"ın Premyer Liqadakı legioner limitinin əziyyətini çəkdiyini demək olar?
- Limitdən şikayətlənməyimiz düzgün olmaz. Çünki irəliləmək üçün şansımız oldu. 3 dəfə qrupda olduq. Birində "İnter"ə, indi də "Fiorentina"ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək, nəsə etmək lazımdır, mən işimi düzgün görürəm, başqası yox, bu düzgün olmaz. Biz də inkişaf üçün addımlar atılır. Hələ ümumi Azərbaycan futbolu tam formalaşmayıb. İstər-istəməz çatışmazlıqlar var. Bu o demək deyil ki, istək və ya bacarıq yoxdur. Sadəcə bunun üçün illər lazımdır. Sırf limitlə bağlı olduğunu demək olmaz. Məsələn, "Beşiktaş"ın gözəl şansı vardı, amma Çempionlar Liqasında davam edə bilmədi. Desəm ki, limit olmasa Avroliqanın 1/4 finalına qədər gedərdim, yalan olar.
- Bu oyundan sonra futbolçuları ölkə çempionatına kökləmək çətin olmayacaq?
- Hər bir futbolçu üçün üzücüdür. Paltardəyişmə otağında da bunu gördüm. Bu həm fiziki, həm də psixolojidir. Mərhələ keçməsələr də azarkeşləri yaxşı yola salmaq istəyirdik.
- Fasilədə PAOK - "Slovan" oyunun nəticəsi ilə maraqlandınız?
- Bir az təsir etdi. İstər-istəməz təsir edir. Dünən də bu barədə demişdim.
- Hər iki oyunda "Qarabağ"a uduzan PAOK qrupdan çıxdı...
- PAOK yaxşı komandadır. Onlar layiq olduqları üçün çıxdılar.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi