Arda Çempionlar Liqasında ən yaxşı oyunçu ola bilər

Arda Çempionlar Liqasında ən yaxşı oyunçu ola bilər
DÜNYA FUTBOLU 8 Dekabr 2016 / 13:30 3594
-  A +

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər arasında Kərim Benzema ("Real" Madrid), Qonzalo İquain ("Yuventus"), Andre Silva ("Portu"), Harri Keyn ("Tottenhem"), Arda Turan ("Barselona"), Robert Levandovski ("Bavariya"), Lukas Perez ("Arsenal"), Andrey Yarmolenko ("Dinamo" Kiyev) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək bu həftənin ən yaxşısını müəyyənləşdirəcək.


Son xəbərlər
topaz banner