Türkiyənin böyük klubları “Neftçi”yə başsağlığı verdi

XƏBƏR 16 Fevral 2010 / 17:01 2343
-  A +

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Mustafa Dənizli “Neftçi” klubuna başsağlığı verib. Qol.Az-a paytaxt klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, türkiyəli mütəxəssis bir neçə gün əvvəl avtomobil qəzasına uğrayan və nəticədə dünyasının dəyişən “Neftçi”nin əməkdaşlarına görə çox təəssüfləndiyini bildirib.
Bədbəxt hadisə ilə bağlı Türkiyənin digər böyük klubları - “Qalatasaray” və “Fənərbaxça” da “Neftçi”yə başsağlığı veriblər.


Son xəbərlər