Bu gün Avropa Liqasının qrup mərhələsinin son oyunları keçirilir. Yarışda mübarizə aparan “Qəbələ”nin “Maynts”la Almaniyadakı oyunu komandamız üçün qrupdan çıxmaq baxımdan heç bir əhəmiyyət danışmır. Komandamızın 0 xalı olduğunu nəzərə alsaq, bugünkü görüş Roman Qriqorçukun komandası üçün heç olmasa qrupu bir xalla başa vurması baxımından vacib ola bilər. Eyni zamanda qazanılan xal Azərbaycanın UEFA-dakı reytinqinə az da olsa müsbət təsir edəcək.
***
Əsas diqqət isə bu gün heç şübhəsiz, “Qarabağ”a yönələcək. Qol.az saytı xəbər verir ki, Ağdam klubunun mübarizə apardığı J qrupunda dörd komandadan hər birinin həm qrupdan 1/16 finala çıxmaq şansı, həm də qrupda qalmaq ehtimalı var.
Hətta qrup lideri “Fiorentina” belə nəzəri baxımdan qrupda qala bilər. Bunun üçün onlar “Qarabağ”a 4 top fərqi ilə uduzmalı, PAOK isə “Slovan”a qalib gəlməlidir.
Amma biz gələk, “Qarabağ”a.
Hazırda “Qarabağ”ın yer aldığı qrupda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Fiorentina | 5 | 3 | 1 | 1 | 13-5 | 10 |
| 2 | Qarabağ | 5 | 2 | 1 | 2 | 6-10 | 7 |
| 3 | PAOK | 5 | 2 | 1 | 2 | 5-6 | 7 |
| 4 | Slovan | 5 | 1 | 1 | 3 | 7-10 | 4 |
Ağdam komandası növbəti mərhələyə adlaması üçün bu gün “Fiorentina” ilə oyunda mütləq xal qazanmalıdır. Amma “Qarabağ” 1 xal qazansa, digər oyunda isə PAOK qalib gəlsə, bu halda təmsilçimiz qrup üçüncüsü olur. Ona görə də bugünkü oyunda qələbə vacibdir. Fərz edək ki, “Qarabağ” və PAOK qalib gəlir, bu halda qrupda “Fiorentina”, “Qarabağ” və PAOK-un hər birinin 10 xalı olacaq. Avropa Liqasının 2016/17-ci il mövsümü üçün əsasnaməsinə görə, üç komandanın xalı eyni olarsa, o zaman onların turnir cədvəlindəki mövqeyi öz aralarındakı oyunlarda topladığı xallar əsasında müəyyənləşəcək. Bu halda “Qarabağ” 9 xalla qrup lideri olur, “Fiorentina” 2-ci (4 xal), PAOK 3-cü (4 xal) yeri tutur. Amma yuxarıda qeyd etdiyimiz kimi, “Fiorentina” 4 top fərqi ilə uduzarsa, PAOK vurulan və buraxılan topların daha yaxşı nisbətinə görə qrup 2-cisi kimi Avroliqanın 1/16 final mərhələsinə çıxacaq.
Hər iki oyun heç-heçə bitəcəyi halda da, "Qarabağ" qrupdan çıxacaq.
***
“Qarabağ” uduzacağı, digər görüşdə isə “Slovan” PAOK-a qalib gələcəyi halda, hər üç komandanın 7 xalı olacaq. Bu üç komandanın öz aralarındakı oyunlarında isə ən yaxşı göstərici çexlərə məxsus olacaq – 7 xal. “Qarabağ”da da 7 xal olacaq, lakin topların daha yaxşı nisbətinə görə, “Slovan” qrup ikincisi kimi növbəti mərhələyə çıxacaq.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi