“Neftçi”nin əvəzediciləri “Xəzər Lənkəran”a böyükhesabla qalib gəldi

XƏBƏR 16 Fevral 2010 / 16:51 2150
-  A +

Unibank premyer-liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında 21-ci turun oyunları keçirilib. “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” rəqibini 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ağabala Ramazanovla Nicat Qurbanov hərəyə 2, Yasin Yaqubzadə ilə Məhəmməd Bədəlbəyli isə 1 dəfə fərqləniblər.
Məlumatı Qol.Az-a “Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən veriblər.


Son xəbərlər