“Builki çıxışımızdan razıyıq. Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bu, bizim üçün böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik. Sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəyik. Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksək səviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq".
Qol.az-ın məlumatına görə. bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Maynts"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Qrupda 5 oyun keçirib, qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandaya hələ çox şey çatmır. Biz nəyin kifayət etmədiyini başa düşürük. Qrupda qarşılaşdığımız rəqiblərin səviyyəsinə yaxınlaşmaq üçün hələ çox çalışmalıyıq. “Maynts”, “Anderlext” və “Sent-Etyen” güclü çempionatlarda çıxış edir. Biz bu komandalarla fərqli qütblərdəyik. Lakin bu haqda düşünüb, təslim olmuruq. Cari mövsümkü çıxışımız zamanı inkişaf diqqət çəkirdi. Onlarla ilk qarşılaşmalarda bütüm komponentlərdə fərq çox böyük və aşkar idisə, ikinci matçlarda daha yaxşı təsir bağışladıq. Həmin oyunlarda bərabər mübarizə apardıq və hadisələrin uğurlu axarında xal qazanıb, qələbə də əldə edə bilərdik. Onda hesabımızda da çox xal olardı" -deyə o bildirib.
Ukraynalı mütəxəssis nəticələri ilə bağlı mənfi hisslərinin olmadığını söyləyib:
"Yüksək səviyyədə oynamaq imkanından özümüz üçün mümkün qədər yararlandıq. Çox şey öyrəndik, təcrübə topladıq. Bir az təəssüf hissi var ki, son iki oyunda - “Sent-Etyen” və “Anderlext”lə görüşlərdə xal qazana bilmədik. Futbolda inkişafdan danışmaqla yanaşı, bunu qazanılan xalla da təsdiqləmək vacibdir”.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi