Aleksis Sançesə Çin klubundan rekord məbləğ

Aleksis Sançesə Çin klubundan rekord məbləğ
ÖLKƏ FUTBOLU 7 Dekabr 2016 / 19:33 4442
-  A +

"Arsenal"ın futbolçusu Aleksis Sançesə Çin klublarından birindən rekord məbləğdə təklif göndərilib.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, Çin liqası təmsilçisi çilili hücumçuya həftəsinə 450 min avro qazanacağı müqavilə təklif edib. A.Sançes bu müqaviləni təklif edəcəyi təqdirdə, ilinə 22 milyon 500 min avro qazanacaq.

A.Sançes hazırda "Arsenal"da həftəsinə 150 min avro maaş alır.

Qeyd edək ki, A.Sançes bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna 11 qol vurub, 4 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər