"Oynayıb-oynamayacağına Rəşad özü qərar verəcək” – Qurban Qurbanov

"Oynayıb-oynamayacağına Rəşad özü qərar verəcək” –  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 7 Dekabr 2016 / 17:40 7956
-  A +

“Çalışacağıq ki, yaxşı oyun göstərək. İkinci ildir ki, qrupdan çıxmağa yaxınıq. Uşaqlar çox diqqətli olmalıdır. Təkcə fiziki baxımdan deyil, hərtərəfli hazırlıqlı olmaq lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda “Fiorentina” ilə oyunla bağlı bu gün təşkil olunan mətbuat konfransında deyib.

"Qarabağ"ın böyük beşlik ölkələrinin komandaları ilə oyunlarda çətinlik çəkməsi ilə bağlı suala cavabında Q.Qurbanov bildirib ki, “Fiorentina” fərqli komandadır: "90 dəqiqə diqqətli olmalıyıq. Rəqib daima yerdəyişmə edir. Onların təcrübəsi də bizə mane ola bilər. “Fiorentina” digər rəqiblərdən fərqlənir. Bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq. Ən yaxşısını edəcəyik".

Q.Qurbanov komandanın zədəli kapitanı Rəşad Sadıqovun sabah meydana olub-olmayacağına da toxunub: "Buna Rəşad özü qərar verəcək. İstərdik ki, meydanda olsun. Ancaq bu, onun durumundan asılıdır. Oynamaq ehtimalı var. PAOK-la görüşdə mən israr etmişdim. Amma indi zədəsi dizindədir. Həkimlər ehtiyatlanırlar. Mən istərdim meydanda olsun. Amma özü tam əmin olsa, oynamasına şad olaram".

Daha çox


Son xəbərlər