«Bu xəbər mənim üçün gözəl bir sürpriz oldu. Millidə çıxış etmək hər bir futbolçu üçün qürur mənbəyi deməkdir. Millidə çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu böyük bir məsuliyyətdir. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Amma bilirəm ki, indi daha çox çalışmalıyam». Qol.Az-ın məlumatına görə, bu sözləri Berti Foqts tərəfindən Azərbaycan millisinə dəvət alan «Qarabağ»ın gənc yarımmüdafiəçisi Əfran İsmayılov söyləyib. Klubun rəsmi saytına açıqlamasında o bildirib ki, «Qarabağ»ın gənclərə üstünlük verməsi onların milliyə gedən yolunu açıb: «Əlbəttə, millidə çoxlu «Qarabağ»lı ilə oynamağın bizə kömək edəcəyini düşünürəm. İnşallah, millinin bir parçası olmaq istəyirəm. Yenə də qeyd edirəm ki, indi daha çox çalışmalıyam ki, bu məsuliyyəti doğruldum. Əgər milliyə az da olsa fayda verə bilsəm, çox sevinərəm. 21 yaşındayam. Millidə oynamaq mənim arzularımdan biri olub».
«Qarabağ»ın 20 yaşlı hücumçusu Rauf Əliyev isə milliyə dəvət edilməyilə bağlı bunları söyləyib: « Əlbəttə, bu xəbərin gətirdiyi sevinc ifadə olunmazdı. Demək olar ki, bütün yaş qruplarının formasını geyinmişdim. 16 yaşımda «Qarabağ»ın əsas heyətində debüt etmişdim. Sonralar əlimə düşən imkandan maksimum yararlanmağa çalışırdım. Qurban müəllim mənə hər zaman inandığını və üzərimdə çox çalışmağımın lazım gəldiyini vurğulayırdı. Milliyə məni dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Mənə edilən etimadı doğrultmaq üçün daha diqqətli olmalıyam. İlk növbədə çalışmalıyam ki, heyətə düşməyə çalışım. Bilirəm ki, hər kəsə belə şans nəsib olmur. Ona görə də bu imkandan maksimum yararlanmalıyam».
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas