Kamran və Emin oynadı, “Boavişta” xalsız qaldı
Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
Qol.az-ın xəbərinə görə, komanda səfərdə “Pakoş de Ferreyra”nın qonağı olub.
Kamran start heyətdə, Emin isə ehtiyat oyunçular arasında yer alıb. Mahmudov 57-ci dəqiqədə Siilva Samunun əvəzinə oyuna qoşulub.
Görüş həmyerlilərimizin komandasının 1:2 hesablı məğlubiyyət ilə başa çatıb. İlk yarıda qapısında 2 qol görən “Boavişta”nın gücü yalnız fasilədən sonra hesab arasındakı fərqi minimuma endirməyə çatıb.
Qeyd edək ki, bu yenilgidən sona 13 xallı “Boavişta” 13-cü pilləyə yuvarlanıb.