Millət vəkili Aqil Abbas Topaz Premyer Liqanın 13-cü turunda keçirilən "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərə münasibət bildirib.
O, Qol.az-a aşıqlamasında yaşananların iki klub arasındakı münasibətə təsir etməyəcəyini bildirib:
"Futbol emosional oyundur. Futbolçular 5-10 dəqiqə əsəbi olur. Sonra hər şey unudulur. "Qarabağ" və "Qəbələ" komandası yenə dost olacaq, yenə qarşılaşacaq”.
Oyundakı mübahisəli epizodlara da münasibət bildirən A.Abbas görüşün sonluğunun təəssüfləndirici olduğunu qeyd edib: "Deyirlər, penalti olub. Ancaq mən görə bilmədim. Əslində oyun 1:1 hesabı ilə bitməli idi. Hakimin böyük səhvləri oldu. Onu da deyim ki, çox gözəl oyun oldu. Elə bilirdim ki, "Barselona" ilə "Real"ın oyununa baxırdım. Təəssüf ki, çox ləzzətli oyun ləzzətsiz bitdi.
"Qarabağ"ın futbolçusu Riçard Almeyda rəqib futbolçusunu vurmaqla böyük səhv etdi. Haqlı olaraq da 4 oyunluq cəzalandırıldı. Ancaq bütün dünyada bu cür hallar olur. Oyundan sonra hər şey unudulur. Heç kəs buna görə düşmənçilik etmir.
Dünya futbolunda hər bir komandanın öz psixoloqları var. Onlar futbolçuları oyuna hazırlayırlar. Oyundan sonra da 1 saata qədər söhbət edirlər ki, əsəblərini sakitləşdirsinlər. Belə olanda meydanda baş verənlər unudulur. Məncə, bizim komandalarda belə şeylər yoxdur. Çünki bəzən komanda oyuna ruhla çıxmır. Elə bil ki, meydana qorxa-qorxa çıxırlar. Görürsən ki, oyunda özlərini itirirlər. Deməli, psixoloji cəhətdən hazır deyillər. Bizim klublarımızın çatışmayan cəhətlərindən biri də budur".
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq