"Başqa klub və komandaya keçməyi ağlıma gətirmirəm" - Prosineçki

"Başqa klub və komandaya keçməyi ağlıma gətirmirəm" -  Prosineçki
ÖLKƏ FUTBOLU 2 Dekabr 2016 / 12:06 3270
-  A +

"Mən uşaq olanda "Dinamo"nu dəlicəsinə sevirdim. Almaniyada qalanda da oğlumun Zaqreb klubunda oynamasını istəyirdim. 90-cı illərin ortalarında hamı ölkə xaricində üz tutanda mən yenə "Dinamo"ya gəldim".

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

O, "Dinamo"nu çalışdırmaq istərdinizmi" sualını belə cavablandırıb: "Ora qayıtmağım mümkün deyil. Düzdür, "Dinamo"da daha çox şey qazandım. Ancaq hazırda Azərbaycan millisinin baş məşqçisiyəm. Nə qədər ki, Azərbaycandayam, başqa klub və ya komandaya keçməyi ağlıma belə gətirmirəm".

Qeyd edək ki, Prosineçki 1986-1987,  1997-2000-ci illərdə "Dinamo"da oynayıb.

Daha çox


Son xəbərlər