Millimizin baş məşqçisi Fərid Quliyevə dəvət göndərəcəyini təsdiqlədi

Millimizin baş məşqçisi Fərid Quliyevə dəvət göndərəcəyini təsdiqlədi
XƏBƏR 16 Fevral 2010 / 00:14 2078
-  A +

“Standard” klubunun gənc hücumçusu Fərid Quliyev milli komandamızın İordaniya və Lüksemburqla səfərdə keçirəcəyi matçlara dəvət alacaq. Qol.Az-ın məlumatına görə, bu haqda “İdman-Azərbaycan” kanalında yayımlanan “Premyer Liqa” verilişində milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis Premyer Liqanın son turunda baş tutan “Olimpik-Şüvəlan” – “Standard” matçını izlədiyini bildirib: “Həmin matçda yeganə bəyəndiyim futbolçu Fərid Quliyev oldu. Fəridi Lüksemburq və İordaniyaya qarşı matçlarda sınayacam”. Xatırladaq ki, milli komandamız fevralın 25-də İordaniya, martın 3-də isə Lüksemburqla üz-üzə gələcək.

Son xəbərlər