Millimizin rəqibinin üzvü klubsuz qaldı

Millimizin rəqibinin üzvü klubsuz qaldı
XƏBƏR 15 Fevral 2010 / 23:40 2000
-  A +

Avro-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Qazaxıstan millisinin üzvü Sergey Skorıx klubsuz qalıb. Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçisi sonuncu çempion “Aktobe” ilə yollarını ayırıb. “Aktobe”nin mətbuat xidmətinin Skorıxın gedişi ilə bağlı yaydığı bəyanatda deyilir: “Klubumuzun məşqçilər korpusu futbolçuya əsas heyətdə çıxış edəcəyi ilə bağlı təminat verə bilməz. Bu səbəbdən də o klubumuzla yollarını ayırdı”
“Aktobe”yə qədər “İrtış” və “Tobol”un şərəfini qoruyan Sergey Skorıx Qazaxıstan millisinin martın 3-də Moldovaya qarşı keçirəcəyi yoxlama oyununa dəvət alıb.

 


Son xəbərlər