Mərhumlar “Neftçi”nin bazasında da yad edilir

Mərhumlar “Neftçi”nin bazasında da yad edilir
XƏBƏR 15 Fevral 2010 / 23:12 2623
-  A +

Avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişən “Neftçi” klubunun əməkdaşları - Vahid Həmidov və Alim Məmmədovun xatirələri klubun inzibati binasında da yad edilir. Qol.Az-a “Neftçi”-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, inzibati binada onların xatirələrini yad edən künc düzəldilib. Mərhumların şəkilləri qoyulan küncə tər çiçəklər düzülüb. Fevralın 18-i saat 11:00-dan etibarən klubun Nobel prospekti 64 ünvanında (Lunaparkın arxası) yerləşən inzibati binasında mərhumlar üçün ehsan veriləcək.

 

 


Son xəbərlər