"Oyunun ən yaxşısı Rəhim Həsənov idi" - Ruslan Qurbanov

"Oyunun ən yaxşısı Rəhim Həsənov idi" -  Ruslan Qurbanov
ÖLKƏ FUTBOLU 30 Noyabr 2016 / 12:55 3731
-  A +

"Oyun yaxşı alındı. Yəqin ki, azarkeşlər qarşılaşmanı bəyəndi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanov "Qarabağ"la oyundan (1:2) sonra jurnalistlərə deyib.

Millimizin üzvü matçın baş hakimi Rəhim Həsənovun mübahisləri qərarlarına ironiya ilə münasibət bildirib:

"Oyunun ən yaxşısı Rəhim Həsənov idi. Məncə, onun mükafatını gecikdirmək olmaz. Ona dərhal çempionluq kuboku təqdim olunmalıdır. “Nəsə demək mənasızdır. Penaltinin olmadığı açıq-aşkar idi. Top Vernidubun dodağına dəymişdi. Üstəlik, 7 dəqiqə əlavə vaxt oynadır. Belə hakimlərlə Azərbaycan futbolu heç vaxt inkişaf etməyəcək. Penalti zamanı mən mərkəzdə idim. Rəhim Həsənovla aramızda maksimum 10 metr məsafə olardı. Ordan epizodu dəqiqəliyi ilə görməsi qeyri-mümkün idi”.

R.Qurbanov bu məğlubiyyətə görə ruhdan düşməyəcəklərini də əlavə edib: "Mən artıq bunlara öyrəşmişəm. Oyun ərzində eyni futbolçu 3-4 dəfə ayağıma zərbə endirsə də, hakim məni sarı vərəqə ilə cəzalandırdı. Uduzduğumuza görə təəssüflənirik, amma mübarizə davam edir. Baş məşqçimiz oyunun təhlilini aparacaq. Səhvlərimizi bizə deyəcək”.

Daha çox


Son xəbərlər