Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- "Qarabağ" - "Qəbələ" matçını stadiondan izlədiniz. Gərgin keçən qarşılaşma sizdə necə təəssürat oyatdı?
- Hər iki komanda güclü, çempionluğa oynayandır. Bu, futboldur. Biri udar, bir uduzar. Dünyanın hər yerində belədir. Mən burada qeyri-adi bir şey görmürəm.
- "Qəbələ"nin qapısına vurulan qollarda penaltidən və oyunun həddən artıq - 97-98 dəqiqə davam etməsindən narazıdır...
- Mən baş hakim Rəhim Həsənovla oyundan dərhal sonra söhbət etdim. O bildirdi ki, "Qarabağ"ın futbolçusu Riçard Almeydaya qırmızı vərəqə göstərəndə, o, meydandan gec çıxdı. Həsənov həmin anda qolundakı saatda vaxtı dayandırdığını göstərdi. Daha sonra öz işçimizə telefonla yığdım. Soruşdum ki, "Qarabağ"ın futbolçusu qırmızı vərəqədən sonra meydandan çıxanda oyun nə qədər dayanıb? Dedi ki, 2 dəqiqədən çox. Maraqlı, doğrudan da çox yaxşı oyun oldu. Sözsüz ki, hər iki komanda güclüdür. Onların baş məşqçilərinə, futbolçularına da böyük hörmətim var. Oynlarda belə şeylər olur.
- Bəs penalti vardımı: Top ələ dəymişdimi?
- Mən gördüyümü deyirəm: Top "Qəbələ"nin futbolçunun başına və sonra əlinə dəymişdi. Sözsüz ki, sabah epizoda diqqətlə baxılacaq.
- "Qəbələ"nin futbolçuları matçdan sonra mətbuata bildiriblər ki, Rəhim Həsənov həmin epizodu dəqiq görmədiyi halda, penalti verib, sonra topun Vitali Vernidubun əlinə dəyib-dəyməməsini köməkçisindən soruşub...
- Onu kim eşidib?
- Futbolçular. Onlar baş hakimin yanında bunu eşitdiklərini deyirlər...
- Mən bu haqda heç nə deyə bilmərəm. Onu bilirəm ki, "Qəbələ" vaxtın çox olmasına görə narazılığını bildirirdi.
- Matçdan sonra "Qəbələ" rəhbərliyi, futbolçuları ilə görüşdünüzmü?
- Mən hakimlər otağına daxil olmuşdum. Oyundan sonra klubun vitse-prezidenti Fariz Nəcəfovla görüşdüm. Dedi ki, baş hakim 4 dəqiqə əlavə etmişdi, 8 dəqiqə oynatdı. Penalti ilə bağlı söz demədi. Roman Qriqorçukla çox mehribancasına görüşdük. Futbolun marağı da belə gərgin anlardır.
- Hər halda, sabah epizoda baxacaqsınız və səhv müəyyənləşdiyi halda baş hakimə cəza olacaq...
- Yüz faiz. Sözsüz ki, sabah epizoda baxandan sonra hər şeyi dəqiq biləcəyik.
Mənbə: sportnet.az
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli