"Qəbələ"nin futbolçusu Asif Məmmədov Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"a (1:2) məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk növbədə oyun haqqında fikirlərin...
- Düşünürəm ki, hər şey göz qabağındadır. Oyun yaxşı mübarizə şəraitində keçdi. Baş hakim də oyunu normal idarə etsəydi, problem olmazdı. Belə hakimlərlə Azərbaycan futbolu irəli gedə bilməz.
- Səncə, səhvlər hakimin savadsızlığı idi, ya qərarları qərəzli idi?
- Azərbaycan çempionatında ən potensialsız hakim kimi Rəhim Həsənovu görürəm. Hansı oyunu idarə edirsə, həmin oyun “bardaq” olur. “Qarabağ”ın futbolçuları ilə də bu barədə danışmışdıq.
- Penalti epizodu ilə bağlı nə düşünürsən?
- Baş hakimin düz yanında idim. Penaltini verdikdən sonra köməkçilərindən birinə deyir ki, “Əjdaha, top harasına dəydi, görmədin?”. Belə şey olmaz axı. Həmin epizodda top futbolçumuzun üzünə dəymişdi, zərbədən sonra ağızı qanadı. Görməmisənsə, niyə yanlış qərar vermisən? Demək ki, bizə qarşı qərəz var. Baş hakim xalımızı əlimizdən aldı.
- Gərginlik barədə nə deyə bilərsən?
- Bir az anlaşılmazlıq oldu, rəqibin futbolçusu artıq-əksik hərəkət etdi. Qələbə qazanmısan, lap yaxşı. Amma qeyr-etik jestlər lazım deyil. Bunu azarkeş etsə, başa düşmək olar. Bu hərəkəti futbolçu edirsə, deməli, səviyyəsi o qədərdir.
- Hakimə etirazlar çox idi...
- Bəli, etirazlar hakimlə bağlı idi. Çox səviyyəsiz şəkildə matçı idarə etdi. 97 dəqiqə niyə oynamalıyıq?
- Bu vəziyyətdən sonra növbəti oyunlara necə hazırlaşacaqsınız?
- Hər zamanki kimi oyunlara hazırlığımız davam edəcək. Lakin belə oyundan sonra bir az çətin olacaq. Hakim səhvlərinə görə qol buraxmaq komandanı ruhdan salar. İnşallah toparlanarıq.
- “Qarabağ”dan üç xal geri düşdünüz. Çempionluq şanslarını necə dəyərərləndirirsən?
- Ümidimizi itirməmişik. “Qarabağ”la da qarşıda iki oyunumuz var. Başımızı aşağı salıb, növbəti oyunları fikirləşməliyik.
- Maraqlıdır, Rəhim Həsənovla üz-üzə gəlsən, nə deyərdin ona?
- Rəhim Həsənova nə demək lazımdırsa, meydanda dedim.
Məftun RƏSULZADƏ
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli