Bakı "İnter"inin qolkiperi Səlahət Ağayev Topaz Premyer Liqanın 13-cü turunda səfərdə "Zirə" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, azlıqda qaldıqları üçün iki xal itirdiklərini deyib.
- Oyun haqqında nə düşünürsən?
- Çətin matç keçdi. “Zirə” ilə səfərdə oynamaq asan deyil. Buna baxmayaraq, hesabda önə keçdik. Lakin son dəqiqələrdə qələbəni əldən verdik. Fikrimcə, azlıqda qaldığımız üçün iki xal itirdik.
- İkinci dövrənin bitməyinə bir tur qalıb. Fasilədən sonra komandadan hansı nəticələr gözlənilir, hədəflər nədir?
- Düşünürəm ki, avrokuboklarda mübarizə aparmaq üçün şanslarımız var. Heyətimizin də gücü buna imkan verir. Sona qədər çalışıb, əlimizdən gələni edəcəyik.
- Baş hakimin qərarlarından razı qaldınız?
- Deməzdim ki, hakim kobud səhvlər etdi. Skarlatake kobudluğa görə ikinci sarı vərəqəni aldı və meydandan qovuldu. Qərar doğru idi.
- Premyer liqada 8 komandanın olması rəqabətə necə təsir edir? Rəqabəti azaldıb, ya əksinə?
- Məncə, komanda az olduqda, mübarizə daha gərgin olur. Çempionatda zəif komanda yoxdur, hamısı bir səviyyədədir. Daha çox klub olanda, xal qazanmaq olurdu, indi daha çətindir. Bir oyun qələbə qazanırsan, yuxarı pilləyə qalxırsan, məğlub olursan, aşağı pilləyə enirsən.
- Belə bir fikir səslənir ki, çempionatda rəqabətsizlik var. Bu fikirlə razısan?
- Xeyr. Əlbəttə ki, rəqabət var. “Qarabağ”la da, AZAL-la da oyun asan keçmir.
- Rəhbərliyin dəyişməsinin kluba mənfi və ya müsbət təsirləri oldu?
- Heç bir mənfi təsiri olmayıb. Hazırda prezident vəzifəsini icra edən Rüfət Abdullayev əvvəl də bizimlə işləyib, lakin başqa vəzifədə. Hər şey qaydasındadır, daha yaxşıya doğru gedir.
Məftun RƏSULZADƏ
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi