"Oğlumun sağlamlığından hər hansı şikayəti yox idi"
Dünyasını dəyişən gənc futbolçu Şəhriyar Xəlilovun atası Surxay Xəlilov açıqlama verib.
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, o bildirib ki, 25 yaşında ürək tutmasından həyatını itirən oğlunun sağlamlığından heç bir şikayəti olmayıb: "Oğlum 7-ci sinifdən futbola başlayıb. "Kəpəz", "Turan", "Xəzər Lənkaran", "Qarabağ", "Qəbələ", "Sumqayıt" və "Bakı" komandalarında müdaiəçi mövqeyində çıxış edib. "Qəbələ"də gördü ki, işlər yolunda getmir "Sumqayıt"a keçdi. Orada da heyətdə daim oynatmadılar. Şəhriyar "Bakı"ya keçdi və bir müddətdən sonra komanda çətinliklərlə üzləşdikdən sonra oğlum klubsuz qaldı".
Atası əlavə edib ki, Şəhriyar Xəlilov gecə evdə televizorda futbola baxarkən ölüb: "Şəhriyar futbola baxırdı. Bir də gördüm ki, otaqdan xırıltı gəlir. Dərhal onun otağına girdim. Gördüm Şəhriyar xırıldıyır, nə danışır, nə də hərəkət edir. Təcili həkim çağırdıq. Həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər. Dediklərinə görə, ürəyində tromb yaranıb və bu səbəbdən ölüb. Lakin bir dəfə də olsun, nə ürəyindən, nə də başqa orqanından şikayəti olub. Mən orta məktəbdə idman müəllimi işləyirəm. İdmançının hansısa probleminin olub-olmadığını aldığı nəfəsdən başa düşürəm. Oğlumda bir problem yox idi".
Mərhumun kiçik qardaşı Abbas Xəlilov bildirib ki, Şəhriyar heç bir klubda oynamasa da, məşqindən qalmayıb: "Onun ümüdi vardı ki, nə vaxtsa bir təklif alacaq və ölkə klublarında yenidən futbol həyatına davam edəcək. Lakin gözləmədiyimiz anda həyatdan köçüb getdi".

Futbolçunun 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində komanda yoldaşı olmuş Kamran Babayev Şəhriyarın həm meydanda, həm də meydandan kənarda gözəl xüsusiyyətləri ilə seçildiyini deyib: "Öz bacarığı, ədəb-ərkanı, dostluqda möhkəmliyi ilə hər zaman sayılıb-seçilirdi. İnanmaq olmur ki, bu gün o, həyatda yoxdur. Bütün futbolçu yoldaşlarımızı, dostlarımızı Şəhriyarın ailəsinə təsəlli verməyə çağırıram. Allah rəhmət eləsin!".
Ş.Xəlilovun komanda yoldaşı Pərviz Bayramov deyib ki, futboldan uzaqlaşması Şəhriyarı çox üzüb: "Biz uşaqlıqdan dostluq edirik, yığmada da birgə oynamışıq. Həmişə dərdimizi, sirrimizi bir-birimizlə bölüşürdük. Futboldan uzaqlaşması Şəhriyarı çox uzmuşdü, lakin ümidi var idi ki, yenə peşəkar futbola davam edəcək. Çox heyf, qismət olmadı".
Qeyd edək ki, Şəhriyar Xəlilov 1991-ci ildə Samux rayonun Zazalı kəndində anadan olub. Ölkənin bir çox komandasında çıxış etdikdən sonra bir ildən çox idi klubsuz qalan Ş.Xəlilov noyabrın 27-də qəflətən dünyasını dəyişib.
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib