Ruslar millimizin rəqibinin baş məşqçisini “oğurlamaq” istəyirlər

Ruslar millimizin rəqibinin baş məşqçisini “oğurlamaq” istəyirlər
XƏBƏR 15 Fevral 2010 / 12:13 2217
-  A +

Rusiya Futbol İttifaqı (RFİ) Avro-2012-nin seçmə mərhələsində milli komandamızın rəqibi olan Belçika millisini baş məşqçisiz qoymaq istəyirlər. Qol.Az-ın “Sovetski Sport”a istinadən verdiyi məlumata görə, RFİ millinin baş məşqçisi postuna 3 mütəxəssis - Dik Advokat, Valeri Qazzayev və Erik Gerets arasında seçim edəcək. Adıçəkilən mütəxəssislərin hər biri Rusiya milli komandasının baş məşqçisi olmağa razıdırlar. Advokatın Belçika Futbol Federasiyası ilə hələ 2 il yarımlıq müqaviləsi olsa da, sözləşmədə yer alan xüsusi bənd onun ləğvinə səbəb ola bilər. Ruslar hollandiyalı mütəxəssisin müqaviləsində açıqlanmayan məbləği ödəməyə razı olsalar, o zaman heç bir problem qalmayacaq.  

 


Son xəbərlər