Berti Foqts bir gündə üç oyun izləyəcək

Berti Foqts bir gündə üç oyun izləyəcək
XƏBƏR 13 Fevral 2010 / 12:08 2032
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Premyer Liqanın XX turu çərçivəsində baş tutacaq qarşılaşmalardan üçünü canlı olaraq stadiondan izləyəcək. Qol.Az-ın məlumatına görə, bu haqda almaniyalı mütəxəssis özü AFFA-nın saytına verdiyi müsahibə deyib: “Bu gün keçiriləcək “Olimpik-Şüvəlan” - “Standard” və “Bakı” - “Qəbələ” oyunlarının bir hissəsini, “İnter” - “Simurq” görüşünün 90 dəqiqəsini izləyəcəyəm. Milliyə cəlb olunan futbolçuların hazırkı vəziyyətlərinin nə yerdə olduğunu bilmək istəyirəm. Fevralın 22-də İordaniyaya yola düşəcəyik. O ki qaldı yeni futbolçuların milliyə cəlb olunmasına, bu, məndən yox, oyunçulardan asılıdır. Həm bu həftəsonu, həm də gələn həftə Premyer Liqanın oyunlarının izləyəcəyəm. İnanıram ki, millidə yeni futbolçular görəcəyik”.

 


Son xəbərlər
topaz banner