Bu gedişlə “Turan”da cəzalanmayan məşqçi qalmayacaq

Bu gedişlə “Turan”da cəzalanmayan məşqçi qalmayacaq
XƏBƏR 11 Fevral 2010 / 14:46 2046
-  A +

AFFA İntizam Komitəsi “Turan”ın məşqçisi Eltay Aslanovu cəzalandırıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XIX turu çərçivəsində keçirilən “Qəbələ” - “Turan” matçının 83-cü dəqiqəsində Aslanovun texniki zona qaydalarını pozması buna səbəb olub. Texniki zona qaydalarını pozması Aslanova 1 oyunluq cəza, klubuna isə 2000 manatlıq cərimə ilə başa gəlib.
Xatırladaq ki, İntizam Komitəsi bunadək “Turan”ın baş məşqçisi Nizami Sadıqovu da 4 oyunluq cəzalandırıb. 

 


Son xəbərlər