“İnter”in oyunçusuna bir oyunluq cəza

“İnter”in oyunçusuna bir oyunluq cəza
XƏBƏR 11 Fevral 2010 / 14:40 1896
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XIX turunun “Qarabağ” - “Karvan” matçında Yevlax klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, komanda 1000 manat cərimə olunur. Oyunun 67-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Ayxan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
“Standard” - “İnter” matçının 61-ci dəqiqəsində “İnter”in futbolçusu Paulius Paknis kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub. 

 


Son xəbərlər