"Neftçi"dən dedilər ki, oyununu bəyənirik, amma.. " - İsrailli futbolçu

"Neftçi"dən dedilər ki, oyununu bəyənirik, amma.. " - İsrailli futbolçu
MÜSAHİBƏ 3 Avqust 2020 / 11:38 5175
-  A +

2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan israilli futbolçu Əmir Ağayev ölkəsinin "ONE" nəşrinə müsahibə verib. Qol.az həmin müsahibəni ixtisarla təqdim edir.


- Azərbaycan pasportu aldıqdan və yerli klublardan birində oynadıqdan sonra ölkənin millisinə dəvət alacağınız gözlənilirdi. Buna nə dərəcədə yaxın idiniz?

- Mən artıq Azərbaycan millisinin heyətində idim. Mart ayında Lixtenşteyn və Malta ilə yoldaşlıq oyunları üçün yığmaya çağırılmışdım. Amma UEFA-ya göndərdiyimiz sənədlər vaxtında hazır olmadı. İsrailin olimpiya yığmasında oynadığım üçün pasportumu dəyişdirməli idim. Koronavirus oyunları dayandırdı. Mən isə ümumiyyətlə oynamadım. Hətta dəvət almadım. Halbuki yığmaya çağırıldığım üçün çox sevinmişdim. Sonradan isə klubdan mənə bunun reallaşmayacağını  söylədilər.

- Məsələ artıq bağlanıb, yoxsa, bu, yenidən baş verə bilər?

- Mənə dediklərinə görə, Azərbaycanda oynamasam belə, yığmaya dəvət ala bilərəm. Ümid edirəm ki, bu, yenidən olacaq. Bu, mənə daha da stimul verə bilərdi. Pandemiya bütün planları pozdu.

- Klubdan sizinlə əlaqə saxlayırlar?

- Bəli, hər gün mənimlə danışırlar və daha aşağı maaşla komandada qalmağımı istəyirlər. Bu isə məni heç cür qane etmir. "Neftçi" klubundan da mənə zəng vurmuşdular. Dedilər ki, sənin oyununu bəyənirik və komandamızda görmək istəyirik. Amma onlar da büdcəni azaldıblar və daha ucuz oyunçular alırlar. Fikrimcə, bu variant da alınmayacaq. Hazırda vəziyyət belədir.

- Azərbaycan olmasa belə, karyeranızı ölkə xaricində davam etdirmək istəyirsiniz?

- Hazırkı vəziyyətdə heç nəyi istisna etmirəm. Amma hələlik ciddi təklif yoxdur. İsrailə yaxın ölkədə oynamaq istərdim. Amma mən burada ailəm və dostlarımda xoşbəxtəm. Böyük qızım deyir ki, Bakıya qayıtmaq istəmir. Bundan sonra mən nə deyə bilərəm?


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı