"Neftçi" məni istəmir, mən də burada qalmağı" - Dario Frederiko

"Neftçi" məni istəmir, mən də burada qalmağı" - Dario Frederiko
MÜSAHİBƏ 9 İyun 2020 / 13:45 3909
-  A +

"Neftçi" klubunun braziliyalı futbolçusu Dario Frederikonun müsahibəsi

- Təqribən 3 aylıq karantin dövründən sonra məşqləri bərpa etdiniz. Təəssüratlarınız necədir?

- Bir az qarışıq, qəribə hisslərdir. Əvvəl heç vaxt belə halla üzləşməmişəm. Amma artıq o günlər geridə qaldı. İndi əlimizdən gələnin ən yaxşısını etməliyik ki, tam hazır olaq.

- Komandalara mövsümün geridə qalan hissəsinə hazırlaşmaq üçün 3 həftə vaxt verilib. Sizcə, bu müddət optimal formaya qayıtmaq üçün kifayət edəcək?

- Az da olsa, bu müddət olduqca vacibdir. Verilən vaxtdan əvvəlki formamıza qayıtmaq və rəsmi oyun şəraitinə uyğunlaşmaq üçün maksimum istifadə etməliyik.

- Həftə sonları küçəyə çıxma qadağasına görə komandalar məşq edə bilmirlər. Bu amil futbolçulara necə təsir edəcək?

- Düşünürəm ki, təsir etməyəcək. Çünki onsuz da futbolçuların həftədə bir dəfə istirahət etməsi lazımdır.

- Azərbaycan Premyer Liqasının bərpasını arzulayanlarla yanaşı, mövsümün ləğvini istəyənlər də var. Bu mövzuda hansı fikirdəsiniz və sizcə, hansı qərar daha düzgün olar?

- Hər kəsin öz fikri var. Məncə, bundan sonra çempionatı davam etdirmək çox gecdir.

- Amma nəzərə alaq ki, çempionluq şansınız davam edir. Lider "Qarabağ"dan 8 xal geri qalırsınız. Mövsümün başa çatmasına isə hələ 8 tur var...

- Düzdür. Şans varsa, çempion olmaq üçün sonadək mübarizə aparmaq lazımdır.

- Bu ilin əvvəlində "Neftçi"dən getmək barədə düşünürdünüz. Fikrinizi dəyişməmisiniz?

- Xeyr. Onlar məni burada istəmirlər, mən də "Neftçi"də qalmağı. Çünki oynamıram, bu isə mənə çətinlik yaradır. Ehtiyatda oturmaqdan özüməinamı itirmişəm. Amma yalnız yaxşı təklif olacağı halda, komandadan ayrılacağam.

- "Neftçi"də qalmağınızı niyə istəmirlər?

- Bilmirəm.

- Baqali Dabo, böyük ehtimalla, mövsümün sonunda komandadan ayrılacaq. Bəlkə onun gedişi ilə əsas heyətə yolunuz açılacaq?

- Bəli, Dabonun gedişi gündəmdədir. Amma oynayacağıma heç kim zəmanət vermir. Hətta məni göndərib yerimə başqa oyunçu almaq istəyirlər.

- Təklifləriniz var?

- Yox, hələ ki rəsmi təklif almamışam.

- İyul ayına görə futbolçulara əlavə pul verilməyə bilər. Belə bir hal yaşansa, bu, sizin üçün problem olmayacaq?

- Bu, hər bir oyunçunun özündən asılıdır. Karantin heç kimin günahı deyil. Heç bir öhdəlik yoxdursa, mövsüm başa çatanadək oynamaq daha ədalətli olar.

- Donald Gerye "Neftçi" ilə yollarını ayırdı. Yəqin ki, gedişi sizin üçün də gözlənilməz oldu...

- Bu, onunla klub arasında olan məsələdir. Həmçinin öz qərarıdır. Bu barədə əlavə heç nə bilmirəm.

- Koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra Premyer Liqada ilk oyununuzu səfərdə "Zirə"yə qarşı keçirəcəksiniz. Qarşılaşma ilə bağlı fikirləriniz necədir?

- Çox vacib oyundur. "Qarabağ"a çatıb ilk pilləyə yüksəlmək istəyiriksə, mütləq qalib gəlməliyik.

- Özünüz Bakıda olsanız da, doğmalarınız Braziliyadadır. Ölkədə ümumu vəziyyət necədir, yaxınlarınızdan virusa yoluxanlar oldumu?

- Braziliyada yoluxma və ölüm sayı yüksəkdir. Ailə üzvlərimdən heç kim virusa yoluxmayıb. Amma digər insanların acısını da özümünkü kimi hiss edirəm. Dua edirəm ki, dünya tezliklə bu kabusdan xilas olsun (Report).

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı