Foqtsun açıqlaması rusları qorxuya saldı

Foqtsun açıqlaması rusları qorxuya saldı
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2009 / 17:20 2328
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun “Bizim üçün Rusiya ilə matç xüsusi prinsipillıq daşıyır” açıqlaması oktyabrın 14-də dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Rusiya matçı öncəsi rusları qorxuya salıb. Qol.Az-ın məlumatına görə, almaniyalının bu fikirlərini xüsusi qabardan Rusiya mətbuatı hətta 2004-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Neftçi” - ÇSKA (Moskva) matçını xatırladaraq, o vaxt bizim fanatların rus azarkeşlərə təzyiq etdiyini, hətta Respublika stadionunda rəqib üçün ayrılmış sektordan rus azarkeşlərin asdığı ÇSKA-nın bayrağını dartıb yerə salmaları faktını yada salıblar. Onlar eyni münasibətin milli komandaların oyununda da təkrarlanacağından qorxurlar. Bu arada qeyd edək ki, sözügedən qarşılaşmaya Rusiyadan da bir qrup azarkeş gələcək. Rusiya mətbuatında yayılan xəbərlərə inansaq, artıq 500 rusiyalı fanat bu oyunda komandalarını dəstəkləmək üçün Bakıya gələcəklərini açıqlayıblar. Qarşılaşmaya 1 aya yaxın vaxt qaldığını nəzərə alsaq, ölkəmizə fanat kimi gələcək rusların sayı arta da bilər. Rusiya Futbol İttifaqının mətbuat xidməti də verdiyi son açıqlamasında millimizlə oyunda komandanı dəstəkləmək üçün ölkəmizə gəlmək istəyində olan fanatlara hər cür köməklik göstərəcəklərini bildirib. Onları narahat edən yeganə məqam azarkeşlərinin təhlükəsizlik məsələsidir.

 

Daha çox


Son xəbərlər