Rəşad Sadiqov: “Simurq"la qarşılaşma bizim üçün qızıl oyun olacaq”

ÖLKƏ FUTBOLU 18 Sentyabr 2009 / 15:24 2092
-  A +

“Simurq”un gücünə çoxları bələddir. Onların “Bakı” klubuna qarşı keçirdikləri matçı izləmişəm. Ötən mövsüm olduqları kimi, bu mövsüm də çox güclüdülər. Bir sözlə bu, bizim üçün qızıl oyun olacaq. Hələ ki, cari mövsümdə zəif klub görmürəm. Hər şeyə rəğmən biz Zaqatalaya üç xal dalınca gedirik. Komanda olaraq hər matça final kimi baxırıq. Avropa arenasında uğurlu çıxışımız da buna söykənirdi". Qol.Az-ın məlumatına görə, bu sözləri bazar günü Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində Zaqatalada “Simurq”un qonağı olacaq Ağdamın “Qarabağ” komandasının yarımmüdafiəçisi Rəşad Sadiqov deyib. Sadiqov  hazırkı klubu ilə 1 illik müqaviləsi olmasına baxmayaraq karyerasını “Qarabağ”da davam etdirmək istıdiyini də dilə gətirib: “Qurban Qurbanov komandada o qədər gözəl atmosfer yaradıb ki, heç kim başqa kluba keçmək barəsində fikirləşmir. O cümlədən də mən. Hazırda klubla cəmi birillik müqaviləm olmasına baxmayaraq, karyeramı elə burada davam etdirmək istəyirəm”.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın