“Xəzər-Lənkəran” - “Bakı” matçı 11-ci dəqiqədən başlanacaq

“Xəzər-Lənkəran” - “Bakı” matçı 11-ci dəqiqədən başlanacaq
XƏBƏR 18 Sentyabr 2009 / 13:21 1814
-  A +

Premyer Liqanın I turundan təxirə salınan “Xəzər-Lənkəran” - “Bakı” matçı əlverişsiz hava şəraiti (güclü yağış) olduğu üçün 11-ci dəqiqədə dayandırılıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, XVIII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun əsasnaməsinin 5.4 maddəsinə uyğun olaraq “Xəzər-Lənkəran” - “Bakı” matçı dayandırıldığı dəqiqədən etibarən başqa tarixdə davam etdiriləcəkdir. Oyunun keçirilmə tarixini PFL müəyyən edəcək.


Son xəbərlər