"Simurq" və Pokora üçün yubiley oyunu

XƏBƏR 18 Sentyabr 2009 / 12:43 2604
-  A +

Bazar günü Zaqatala stadionunda "Qarabağ"ı qəbul edəcək "Simurq" üçün qarşıdakı matç yubileylə əlamətdar olacaq. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”la matç həm “Simurq”, həm də yüksək liqada çıxış etdiyi vaxt ərzində komandanın yeganə baş məşqçisi olan Roman Pokora üçün Azərbaycan çempionatları tarixində 80-cı matç olacaq. Ümumilikdə, ukraynalı mütəxəssisin rəhbərliyi altında "Simurq" bütün turnirlərdə (premyer-liqa, ölkə kuboku, Avropa Liqası) 93 oyuna çıxıb. Zaqatala klubu ağdamlıları məğlub edərsə, bu, "sarı-qaralar"ın tarixində 60-cı qalibiyyət olacaq. Buna qədər güclülər dəstəsində keçirdiyi 7 yubiley qarşılaşmanın 3-də qalib gələn "Simurq" (40-cı oyun - "Turan" (səfərdə) 2:1; 60 - "Standard" (s) 1:0; 70 - "Karvan" (s) 3:1), 2 dəfə heç-heçə oynayıb (10 - "Karvan" (evdə) 1:1; 50 - "Xəzər-Lənkəran" (e) 1:1), 2 dəfə isə məğlub olub (20 - "Neftçi" (e) 0:1; 30 - "İnter" (e) 0:2). "Qarabağ"la görüşlərin balansıa gəlincə, Zaqatala futbol məktəbinin yetirməsi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Simurq"un tarixində ən rahat rəqiblərdəndir. Buna qədər 6 dəfə rəsmi oyunlarda üz-üzə gələn tərəflərin duelində "sarı-qaralar" rəqibinə məğlub olmayıblar - 3 qələbə, 3 heç-heçə, top fərqi 9:3: 2006/07 mövsümü, "Qarabağ" - "Simurq" 1:1 (qollar: Xaliq Mərdanov - Rüstəm Məmmədov), "Simurq" - "Qarabağ" 3:0 (Vladimir Mazyar - 3); 2007/08, "Simurq" - "Qarabağ" 1:0 (Vladimir Mazyar), "Qarabağ" - "Simurq" 2:2 (Vaqif Cavadov, İsaak Pupo - Ramin Nəsibov, Ramil Sayadov); 2008/09, "Qarabağ" - "Simurq" 0:2 (Sergey Artyux, Maksim Medvedev-avtoqol), "Simurq" - "Qarabağ" 0:0.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı