Kamal Quliyev: "Mən bəziləri kimi olmamışam, meydanda canımı qoymuşam"

Kamal Quliyev: "Mən bəziləri kimi olmamışam, meydanda canımı qoymuşam"
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2009 / 12:00 2052
-  A +

“32 yaşım var və hələ tam gücümlə futbol oynaya bilərəm. Amma futboldan getsəm belə, düşünürəm ki, Azərbaycan futbolunda özümə görə iz qoya bildim. Mən bəziləri kimi olmamışam. Meydanda canımı qoymuşam, “vuruşmuşam” və öz oyunuma görə də hörmət qazanmışam”.  Qol.Az-ın məlumatına görə,  bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev deyib. Hazırda klubsuz qalan Kamal qışda da klub tapa bilməsə futbolla vidalaşacağını da istisna etməyib: “Başqa neyləyə bilərəm ki? Gedib kiməsə deyəsi deyiləm ki, məni komandana götür. Vida matçına gəlincə, futboldan gedəsi olsam, belə bir oyun arzulayıram. Amma orada əsl dostlarım, sözün əsl mənasında futbolçular iştirak edəcəklər".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı