«Bakı»nın hücumçusu: «Belə meydanda oynamaq mümkünsüz idi»

XƏBƏR 17 Sentyabr 2009 / 11:27 1698
-  A +

"Bakı" klubunun rumıniyalı hücumçusu Daniel Oprita "Xəzər Lənkəran"-"Bakı" qarşılaşmasının dayandırılmasını düzgün qərar hesab edir. Qol.Az-ın «Bakı»nın rəsmi saytına istinadən verdiyi məlumata görə, D.Oprita bildirib ki, leysan yağının pis vəziyyətə qoyduğu belə meydanda oynamaq mümkün deyildi: «Düzdür, futbol istənilən hava şəraitində oynanılır, ancaq bu gün meydan elə bir vəziiyətdə idi ki, oyundan söhbət belə gedə bilməzdi. Bütün meydan su ilə dolu idi, nəinki topu kiməsə ötürmək, hətta qaçmaq belə çətin idi. Biz mübarizəyə hazır idik, məşqçimiz də sonadək oynamağı tapşırmışdı. Təəssüf ki, belə alındı. Artıq irəlidən gələn oyunları fikirləşirik".

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı