Ruslar Nazim Süleymanovu yenidən yada saldılar

Ruslar Nazim Süleymanovu yenidən yada saldılar
XƏBƏR 17 Sentyabr 2009 / 00:25 1993
-  A +

Bir vaxtlar Rusiyanın “Alaniya” klubunun heyətində bu ölkənin milli futbol çempionatında xariqələr yaradan həmyerlimiz Nazim Süleymanov hələ də yaddaşlardan silinməyib. Belə ki, Rusiya, xüsusilə də, Osetiya və Vladiqafqaz mətbuatı onu tez-tez xatırlayır. Qol.Az-ın məlumatına görə, bu yaxınlarda adıçəkilən bölgədə nəşr olunan yerli qəzetlərdən birində “Alaniya”nın hazırkı durumu haqqında yazı gedib. Yazıda bir vaxtlar bu komandanın Rusiya çempionu adını qazandığı və Moskva “Spartak”ının hegemonluğuna son qoyduğu vaxtlara toxunulub. Təbii həmin dövrün “qızıl heyət"i də yaddan çıxmayıb. Bu zaman Azərbaycan milli komandasının sabiq kapitanı, Vladiqafqaz klubunun əvəzedilməz bombardiri Nazim Süleymanovun adı xüsusi çəkilib. Ruslar Süleymanovu “Alanya”nın tarixində gəlmiş-keçmiş ən güclü futbolçulardan biri kimi qələmə veriblər.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı