Xarici mətbuat Lipperti zəif məşqçi adlandırdı

Xarici mətbuat Lipperti zəif məşqçi adlandırdı
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2009 / 21:24 2093
-  A +

Sentyabrın 9-da Avropa çempionatının seçmə qrup oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Belarusa 2:3 hesabı ilə məğlub olan Azərbaycan U-21 millisinin almaniyalı baş məşqçisi Bernard Lippert belaruslu həmkarlarımız tərəfindən zəif mütəxəssis kimi qələmə verilib. Qol.Az-ın məlumatına görə, bu ölkənin idman nəşrlərindən biri sözügedən qarşılaşmaya toxunarkən məğlubiyyətdə almanın da günahı olduğunu yazıb: “Georqi Kondratevin rəhbərlik etdiyi komandamız əmzkar oynadı və layiq olduğu qələbəni qazandı. Amma qarşılaşma bizim üçün yaxşı başlamamışdı. Oyuna daha yaxşı başlayan meydan sahibləri 26-cı dəqiqədə hesabı açdı. Amma Kondratevin oyuna müdaxiləsi 10 dəqiqə sonra hesabın bərabərləşməsini təmin etdi. İlk hissənin başa çatmasına 2 dəqiqə qalmış isə ikinci qolu vurduq. Bir sözlə, Georqi oyunu oxumaq baxımından Lipperti üstələdi. Halbuki evdə oynayan komanda hesabı açandan sonra onu qorumaq şansı daha çox olur. Azərbaycanın almaniyalı baş məşqçisi ikinci hissədə etdiyi əvəzləmələrlə də heç nəyə nail olmadı, əksinə onun komandası üçüncü qolu qapısında gördü”.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı