“Qəbələ”nin vitse-prezidenti: “Karvan”la oyunda bizdə komanda deyilən şey yox idi”

“Qəbələ”nin vitse-prezidenti: “Karvan”la oyunda bizdə komanda deyilən şey yox idi”
XƏBƏR 14 Sentyabr 2009 / 16:55 1959
-  A +

“Karvan”la oyunda qeydə alınan böyükhesablı məğlubiyyətə elə bir səbəb tapa bilmirəm. Futboldu, burda hər şey olur. Mən də gözləməzdim ki, Yevlaxda belə böyük hesabla məğlub olaq. Ümumiyyətlə, bu tur sensasiya ilə yadda qaldı. “Muğan” getdi “Neftçi”ni uddu. Yaxud, “Turan” Lənkərandan xal gətirdi”. Bu sözləri Qol.Az-a açıqlamasında son turda Yevlaxda “Karvan”a 1:4 hesabı ilə məğlub olan “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Bununla belə, Nəcəfov komandasının olduqca bərbad oynadığını da etiraf edib: “Yevlaxda futbol adına heç nə ortaya qoya bilmədik. “Karvan”la oyunda bizdə komanda deyilən şey yox idi. Nə hücum xətti futbol oynadı, nə yarımmüdafiə, nə də müdafiə. Kimisə cəzalandırmağa gəlincə, heç kimi fərqləndirə bilmərəm. Bütün komanda bərbad oynadı. Cəzəlandırsan, gərək futbolçudan tutmuş, baş məşqçiyə kimi, hamını cəzalandırasan. Odur ki, bu dəfə heç kimi cəzalandırmaq fikrimiz yoxdur”. 


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord