Vaqif Sadıqov “Muğan”ın baş məşqçisinin cavabını verdi: “Hər oyuna gələndə özümüzü kiməsə göstərməli deyilik”

Vaqif Sadıqov “Muğan”ın baş məşqçisinin cavabını verdi: “Hər oyuna gələndə özümüzü kiməsə göstərməli deyilik”
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2009 / 14:54 2395
-  A +

“Muğan”ın baş məşqçisi qətiyyən narahat olmasın. Dünən özüm “Neftçi” - “Muğan” oyununda olmuşam və qarşılaşmanı sona qədər izləmişəm. Hazırda AFFA-da Bernhard Lippertin rəhbərliyi altında 13 seleksiyaçı məşqçi çalışır və onlar hər turda müxtəllif oyunlara təyinatlar alırlar. Bundan çox adamın xəbəri yoxdur. Məgər biz hər oyuna gələndə özümüzü kiməsə göstərməliyik?” Bu sözləri Qol.Az-a açıqlamasında premyer liqanın lideri “Muğan”ın baş məşqçisi Kamal Alispahiçin “bizim oyunlarımızı millinin məşqçilərindən bir nəfər də olsun gəlib izləmir” açıqlamasına cavab olaraq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun I köməkçisi Vaqif Sadıqov deyib. Qol.Az-ın müxbirilə söhbətində V.Sadıqov “Muğan”ın baş məşqçisinin milliyə namizəd göstərdiyi 3 futbolçu haqqında da danışıb: “Novruz Məmmədov U-19-un üzvüdür və bir dəfə millinin düşərgəsinə də dəvət olub. O, diqqətimizdədir. Ruslan Qafitulini hələ müxtəlif yaş qrupundan olan milli komandalarda oynadığı vaxtlardan tanıyıram. Arif İsayev isə mənim kəşf etdiyim futbolçulardan biridir və Sumqayıtda futbol oynadığı dövrdə onun yetişməsində mənim də əməyim olub. Düşünürəm ki, bir müddət sonra onu da əsas millidə sınamaq olar. Çünki Arifin böyük potensialı var. Ümumiyyətlə, “Muğan”da forma geyinən Vüsal Hüseynov, Elnur Abdullayev kimi futbolçular var ki, onları da çox yaxşı tanıyıram və bu futbolçuların da yavaş-yavaş yaxşı formaya düşmələri sevindirici haldır. Sonda bir daha demək istəyirəm ki, millinin məşqçiləri bütün oyunlarda iştirak edir və hamının oyununu da çox yaxşı izləyirlər. Vacib deyil ki, onlar gedib kiməsə stadionda olduqlarını bildirsinlər. Həmin məşqçilər azarkeşlərin arasında da yer tuta bilərlər, tamam başqa bir yerdə də. Bir sözlə, bütün futbolçular bizim nəzarətimiz altındadır”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı