“Bakı” Jabanı cəzalandıracaq

“Bakı” Jabanı cəzalandıracaq
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2009 / 12:20 2108
-  A +

İlk turda “Simurq”a uduzaraq yeni mövsümə məğlubiyyətlə başlayan “Bakı” braziliyalı futbolçusu Jabanı cəzalandıracaq. Qol.Az-a açıqlamasında paytaxt klubunun baş meneceri Zeynal Məmmədov bunu hücumçunun həddindən artıq zəif oynaması ilə əlaqələndirib: “Jaba bura gəlibsə, futbol oynamalıdır, meydanda əl-qol atmalı deyil. Onu mütləq cəzalandıracağıq. “Simurq”la matçda zəif oynadı və ondan çox narazı qaldım. Gah hakimlə mübahisə edirdi, gah da komanda yoldaşlarının üstünə qışqırırdı. Bir sözlə, heç kimə oynamaq imkanı vermirdi, komandanın bütün oyun planını pozurdu”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı