Qara çempionluq

Qara çempionluq
YAZARLAR 8 May 2014 / 12:50 8820
-  A +

"Qarabag" çempion oldu. Çempionluq oyununda azarkeş sayının azlığı ən yaddaqalan məqam idi. "Neftçi" və ya "Xəzər-Lənkaran" çempionluq oyununa çıxsa təbii ki, belə olmazdı. Ona görə yox ki, onların azarkeşləri daha çoxdu. Əminəm, Azərbaycanda ''Qarabag"dan daha çox azarkeşi olan ikinci bir klub yoxdu.

Azərbaycanda "İmarət" fan-klubundan daha çox sevilən bir azarkeş ordusu da yoxdu.

Bəs nə oldu, harda idi "Qarabag"lılar? Yoxsa başqa azarkeşlər daha sədaqətlidi sevdiyi klublara? YOX! Tam əksinə buna da tam əminəm ki, "Qarabag" başqa klublar kimi pullu azarkeş xidmətindən istifadə etmir. Bu komandanın pula, karyeraya, kiməsə yaltaqlanmağa xatir sevmirlər. Heç "Azərsun"a, başqa gözəgörünən və gözəgörünməz qüvvəyə və agdamlılar xaric hansısa bir rayona aid olduguna görə də sevmirlər.  Çünki bu komanda təkcə heç nəyi olmayan ağdamlıların hər şeyi deyil. "Qarabag" tək Ağdam deyil, "Qarabag"  Zəngilan, Cəbrayıl, Laçın, Füzuli, Agdərə, Xocavənd, Qubadlı, Kəlbəcərdi. "Qarabag" növbəti işgal günündə qızardığımız Şuşadı. "Qarabag" Xocalıdı, xocalıların səsini Avropaya çatdıra biləcək canlı tarixdi. "Qarabag" Təbrizdi, Göyçədi, Zəngəzurdu düşmənlərin qapazlaya bilmədiyi nəsli kəsilməkdə olan milli dəyərlərdəndi.

Bu dəyəri hansı azərbaycanlı sevməz ki? "Qarabag" təkcə Agdam deyil, Bütov Azərbaycandı. Dünyanın harasında azərbaycanlı varsa, orda "Qarabag" da var. Bəs niyə stadionda yox idilər? Ən ülvi hissləri belə oyuncağa çevirməyə bacaran futbol başbilənlərimiz, az qala ən son azarkeşi də futboldan iyrəndirməyə yaxındı. Futbolla çırpınan ürəklər Azərbaycan futbolu adı gələndə bulanır. "Qarabağ" "Rusenborq"u məglub edəndən bu yana Avropadakı oyunlarıyla göstərirdi ki, ən güclü klubumuzdu. Amma niyə indiyəcən çempion olmurdular, bunu "agsaqqalar"dan soruşmaq lazımdı. Bu mövsüm də çempionluğu çox uzatdılar…                                       

Qarşıdan Avropa kubokları gəlir. Burda daxili oyunlardakı konsertlər, sıxma-boğma, sünilik yoxdu. Necə deyərlər, bu meydan, bu şeytan. Elə buna görə də, bu meydan illərdir Qurban Qurbanovun aslanlarının oylağıdı. Çempionlar Liqasının qrup mərhələsində göruşənədək!

Anar ŞABANOĞLU

MÜƏLLİFİN DİGƏR YAZILARI

05.02.15

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı