Kamal Quliyev azarkeşlə davasından danışdı (FOTO)

Kamal Quliyev azarkeşlə davasından danışdı (FOTO)
ÖLKƏ FUTBOLU 29 Noyabr 2008 / 17:56 6390
-  A +

Xəbər verdiyimiz kimi, «Qarabağ» - «Karvan» matçının birinci hissəsi başa çatandan sonra qonaq komandanın futbolçusu Kamal Quliyevlə ağdamlı azarkeşlər arasında insident yaranıb. Qol.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, futbolçular soyunub-geyinmə otağına gedərkən azarkeşlərdən biri K.Quliyevin ünvanına təhqiramiz ifadə işlədib. Bundan sonra K.Quliyev azarkeşin üstünə hucum edib. Yalnız klub rəhbərlərinin və məşqçilərinin müdaxiləsindən sonra insident yatırılıb.  
Oyun başa çatdıqdan sonra Kamal Quliyev hadisəylə bağlı Qol.Az-a açıqlama verib. O deyib ki, «Qarabağ»ın azarkeşlərindən biri onun komanda yoldaşını təhqir edib. «Mən də azarkeşə öz reaksiyamı verib yerində oturtmaq istədim» - deyə K.Quliyev vurğulayıb.

Daha çox


Son xəbərlər