“Turan”ın futbolçularına veriləcək mükafatın məbləği açıqlandı

“Turan”ın futbolçularına veriləcək mükafatın məbləği açıqlandı
PREMYER LİQA 13 Aprel 2009 / 13:01 3839
-  A +

Son turda “Karvan”ı 4:0 hesabı ilə məğlub edərək təhlükəli zonadan çıxan “Turan” futbolçuları bu qələbənin qarşılığında adambaşına 500 manat mükafat alacaqlar. Qol.Az-ın məlumatına görə, Tovuz klubunun baş məşqçisi Rasim Əliyevlə ə “Karvan” üzərindəki qələbəyə görə mükafat alacaqlarını təsdiqləyib. Amma konkret məbləği açıqlamaqdan imtina edib: “Klub rəhbərliyi uşaqların zəhmətini qiymətləndirdi. Bəli, “Karvan” üzərindəki qələbəyə görə bu gün futbolçulara mükafat veriləcək. 500 manat məsələsinə gəlincə isə,  mən konkret məbləğ açıqlamaq istəmirəm”.


Son xəbərlər