«Xəzər-Lənkəran» baş məşqçiylə bağlı qərarını verdi

«Xəzər-Lənkəran» baş məşqçiylə bağlı qərarını verdi
ÖLKƏ FUTBOLU 28 Noyabr 2008 / 15:13 4467
-  A +

«Rasim Kara «Xəzər-Lənkəran» klubundan istefa verdikdən sonra Avropa ölkələrindən bir çox məşqçi ya özləri, ya da agentləri vasitəsilə bizimlə işləmək arzularını ifadə ediblər». Bu barədə Qol.Az saytına verdiyi açıqlamada «Xəzər-Lənkəran» klubunun vitse-prezidenti Araz Nəsirov məlumat verib. Həmiş mütəxəssislərin adlarını açıqlamayan A.Nəsirov baş məqçi vəzifəsinə namizəd olan məşqçilər siyahısının hazır olduğunu deyib. O, klub rəhbərliyinin bu məsələylə bağlı yekun qərarı premyer-liqanın dövrələrarası fasiləsi zamanı verəcəklərini vurğulayıb. «Məşqçi seçimi zamanı hansı kriteriyaları üstünlük verəcəksiniz» sualını cavablandıran A.Nəsirov beynəlxalq tücrübəsi olan mütəxəssislə çalışacaqlarını söyləyib. Bu zaman A.Nəsirov dəqiqləşdirib ki, «Xəzər-Lənkəran» qarşısına qoyduğu böyük hədəflərə çatması üçün əcnəbi məşqçiylə əməkdaşlıq edəcək.
O, məşqçi seçimi zamanı azarkeşlərin də rəyinin önəmli olacağını vurğulayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi