"Xəzər Lənkəran” Zaqatalaya getdi

XƏBƏR 28 Noyabr 2008 / 11:02 3551
-  A +

Şənbə günü ölkə Premyer-liqasının XIII turunda “Simurq”la qarşılaşmalı olan “Xəzər Lənkəran” bu gün səhər saat 8:00-da Zaqatalaya yollanıb. Ool.Az-ın "XL"in rəsmi saytına istinadən yaydığı məlumata görə, qısa müddət sonra komanda Zaqatalada olacaq. “Qarabağ” mehmanxanasında məskunlaşacaq komanda nahar yeməyindən sonra dincəlib saat 18:00-da matçın keçiriləcəyi Zaqatala Şəhər Stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, turun mərkəzi görüşü sabah saat 18:00-da başlayacaq. Bugün saat 14:00-da isə klubların əvəzedici komandaları qarşılaşacaqlar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı