Sakit Alıyev yenidən «Turan»da

XƏBƏR 27 Noyabr 2008 / 15:20 3697
-  A +

Tovuzun «Turan» klubunun keçmiş futbolçusu Sakit Alıyev yenidən bu komandaya qayıdıb. Qol.Az-ın məlumatına görə, S.Alıyev bu dəfə «Turan»ın veteranlardan ibarət komandasının formasını geyinəcək. Tovuz klubunun tərkibində veteranlardan ibarət komanda yaradan rəhbərlik kapitan vəzifəsini Sakit Alıyevə tapşırıb. S.Alıyev artıq ona bəslənən ümidi doğruldub. Onun komandası bu günlərdə Qərb zonasında veteranlar arasında keçirilən turnirdə birinci yeri tutub.

Daha çox


Son xəbərlər