Qəhrəman Əliyev: "Qələbə qazanmağımıza meydançanın ot örtüyü mane oldu"

XƏBƏR 26 Noyabr 2008 / 17:40 3531
-  A +

"Səfərdə bir xal qazanmağımız bizim xeyrimizədir. Ancaq qələbə də qazana bilərdik. İkinci hissədə qol vurmaq imkanlarımız çox oldu". Salyanda "Muğan"la heç-heçə (1:1) edən MOİK-in baş məşqçisi Qəhrəman Əliyev Qol.Az-a açıqlamasında belə deyib. Q.Əliyev bildirib ki, qələbə qazanmalarına meydançanın ot örtüyü əngəl törədib: "Meydançanın ot örtüyünün pis vəziyyətdə olması qalib gəlməyimizə mane oldu. Qələbə qazana bilməsək də, ümumilikdə komandanın oyunundan razı qaldım. İndi bütün diqqəti birinci dövrənin son qarşılaşması olan "Standard"la matça yönəltmişik".

Qeyd edək ki, XII turdan sonra "Muğan" və MOİK 5 xalla turnir cədvəlində 12-13-cü yerləri bölüşdürür.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın